Müəllimi şillələyən direktorla bağlı - QƏRAR VERİLDİ
Təhsil Nazirliyi Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin
müəllim və direktoru arasında baş vermiş insidentlə bağlı məlumat yayıb.
Sfera bildirir ki, nazirlikdən publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayonu
Ovçubərə kənd tam orta məktəbində qanunsuzluqlara yol verilməsi barədə həmin məktəbin bir
qrup müəllimi adından nazirliyə daxil olmuş elektron müraciətlər qurumun əməkdaşları tərəfindən
yerində araşdırılıb.
Müəyyən edilib ki, həqiqətən də, məktəbə rəhbərlik və nəzarətin təşkilində ciddi qanunsuzluqlara
yol verilib.
Belə ki, siniflərin komplektləşdirilməsində, buraxılan və əvəz olunan dərslərin uçotunun aparılmasında,
təlim-tərbiyə prosesinin təşkilində, icbari təhsilin yerinə yetirilməsində qanunsuzluqlara yol verilib.
Araşdırmanın nəticəsi olaraq, məktəbin direktoru və onun müavinləri barəsində ciddi intizam tənbehinin
görülməsi ilə əlaqədar müvafiq sənədlər hazırlanır.
Qeyd edək ki, bir müddət əvvəl Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin
direktorunun müəllimi sillələməsi ilə bağlı video yayılmışdı.






