\"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi\" – Hesabat təqdimatı baş tutdu
"Ermənistan tərəfindən azərbaycanlılara qarşı açıqca nifrəti təbliğ edən ifadələr istifadə edilir".
Bunu Ombudsman Səbinə Əliyeva Sosial Təqiqatlar Mərkəzinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə təşkil etdiyi "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" (Report on Hate Crimes and Hate Speech Against Azerbaijanis) hesabatının təqdimatı tədbirində deyib:
"Ermənistanın tərəfindən istər sosial media, istərsə də mətbuatda azərbaycanlılara qarşı açıqca nifrəti təbliğ edən ifadələr istifadə edərək ölkəmizə qarşı əsassız ərazi iddiaları edilmişdir. Hazırda da insan ləyaqətini alçaldan, nifrər məzmunlu çağırışlar edilir. Bu gün biz Sosial Tədqiqatlar Mərkəzində əldə edilmiş faktoloji məlumatlar və mətbuatdan, güvənli mənbələrdən əldə etdiyimiz məlumatları dosye kimi təqdim edirik. Tərəfimizdən yenə azərbaycanlılara qarşı törədilmiş mina terroru, Bərdə və Gəncəyə qarşı raket terroru, mədəni irsin dağıdılması, qəbiristanlığımızdakı dağıntılar bu hesabatda öz əksini tapmışdır. Ölkəmizin haqlı mövqeyinin naminə bu sənədlərnən daha geniş istifadə edilməsinə çağırıram".
Firuzə Əliyeva