Azərbaycandakı bu binaların seysmik kəməri yoxdur və onlar dayanıqlığını itirib - VİDEO

Azərbaycandakı bu binaların seysmik kəməri yoxdur və onlar dayanıqlığını itirib - VİDEO

Azərbaycan mürəkkəb relyefdə və tektonik zonada yerləşir. Buna görə də tez-tez aşağı bal gücündə zəlzələlər baş verir. Belə təkanlar xüsusilə Xəzər dənizində və bəzi bölgələrdə qeydə alınır.

 

Bəs ölkədəki çoxmənzilli binalar zəlzələyə nə qədər davamlıdır?

 

Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Nüsrət İbrahimov son 15 ildə tikilən binaların 9 bala hesablandığını deyir. Lakin zaman keçdikcə tikililər davamlılığı zəifləyir.

 

Ekspertin sözlərinə görə, sovet dövründə inşa edilmiş binalar öz dayanıqlığını itirib. Xüsusilə, mişar daşı ilə tikilən binaların bir çoxunda seysmik kəmər yoxdur. 

 

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyir ki, yeni tikililərə nəzarət bir neçə mərhələdə aparılır.

 

Onun sözlərinə görə, Azərbaycanın 80 faizi 8, qalan hissəsi 9 ballıq seysmik zonada yerləşir.

 

Ona görə də tikinti zamanı ilkin olaraq geoloji tədqiqatlar aparılır, ərazidə quruntların yükgötürmə qabiliyyəti öyrənilir.

 

Elxan Əsədov deyir ki, hazırda ən çox müşahidə edilən pozuntular tikinti zamanı layihədən kənara çıxma hallarıdır. Buna görə qanunvericilikdə 500 manatdan 25 min manata qədər cərimə nəzərdə tutulub.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...