Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
Kateqoriya məlum deyil
T

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

 

Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

 

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR