Hikmət Hacıyev Qazaxıstanın “Dostık” Ordeni ilə təltif olundu

Hikmət Hacıyev Qazaxıstanın “Dostık” Ordeni ilə təltif olundu

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif edib.

 

Sfera.az xəbər verir ki, yüksək mükafatı H.Hacıyevə Prezident K.Tokayevin adından və tapşırığına əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.

 

Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb.

 

Öz növbəsində, H.Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtəfəli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.

 

Görüş zamanı noyabrda Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin önəmi qeyd olunub.

 

Qeyd edək ki, Qazaxıstan Respublikasının “Dostık” Ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən vətəndaşlar təltif olunur. Belə ki, I-ci dərəcəli “Dostık” Ordeni keçən il Qazaxıstan Prezidenti K.Tokayev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.

 

2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Ali Mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub.


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...