Azərbaycanlı sürücülərin Polşaya KÜTLƏVİ AXINI: “Maaşlarının 4 qat artığını alırlar”

Azərbaycanlı sürücülərin Polşaya KÜTLƏVİ AXINI: “Maaşlarının 4 qat artığını alırlar”

“Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur”.

 

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu proses 3 ildir davam edir:

 

“Yüksək maaş yüzlərlə sürücünü cəlb edir və onlar ölkədən kütləvi şəkildə gedirlər. Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar. Burada 800 manat ala bilənlər, orada 3000 manatdan çox qazanırlar. Bu baxımdan hazırda ölkəmizdə avtobus sürücüsü tapmaq çox çətindir. Bu şirkət birini işdən qovan kimi o biri şirkət işə götürür. Peşəkar avtobus sürücüsü yetişdirmək üçün “AYNA” tərəfindən elan verildi ki, 1000 sürücü hazırlansın, yetişdirilsin və peşəkar xidmət göstərsinlər. Həmin elana görə cəmi 10 nəfər müraciət edib”.

 

Ekspert bildirib ki, hökumət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır:

 

“Əks halda, qeyri-peşəkar sürücülər avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik. Hər gün davalar, qəzalar, yolda yarışmalar və.s  müşahidə edəcəyik”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

TikTok-a maraq niyə artır? - Hər yaşda insan bu platformadadır

Son illərdə sosial media platformaları arasında sürətlə yüksələn və xüsusilə gənclər arasında məşhurluq qazanan TikTok, artıq yaş məhdudiyyətini aşaraq geniş au...

Uşağı hava limanında qoyub, tətilə getdilər

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hava limanında tərk ediblər.   Sfera.az xəbər verir ki, uşağın sənədlərinin müddət...

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.   Sfera.az ...

Manatının nominal və real effektiv məzənnələri azaldı

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.   Bu barədə Sfera.az Azə...

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlum...

Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə ...