Rusiyadan Afrin tələsi: yaxın vaxtlarda “Mehmetcik”... – MÜHARİBƏ PROQNOZU
Rusiya İrandan gətirilən minlərlə muzdlu şiə döyüşçüsünü hərbi vertolyotlarla bölgəyə daşıyaraq Mare xətti döyüşünə hazırlaşır.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Suriyada Əsəd-Rusya-İran-PYD ittifaq Fərat çayının qərbindəki Mare xəttini bağlayaraq Türkiyəni cənubdan mühasirəyə almaq üçün hərəkətə keçib.
Mare xəttinin başlanılması həm də Suriyanın şimalındakı kürd kantonlarının birləşdirilməsi deməkdir.
“Yeni Şafak”ın yazdığına görə, Ankaranın “qırmızı xətt” adlandırdığı və qaçqınlar üçün təhlükəsiz bölgə yaratmaq istədiyi Azez-Cerablus bölgəsi yaxın vaxtlarda “Mehmetcik”in də iştirakı ilə qanlı bir döyüşə meydan ola bilər. Tel-Abyad və Kobani kantonları Afrin kantonu ilə birləşsə, Türkiyənin Suriya ilə əlaqəsi tamamilə kəsilə bilər.
Məlumata görə, Rusiya bölgəyə hərbi vertolyotlarla təxminən 1500 şiə döyüşçüsü gətirib. Rusiya hərbi təlimatçıların koordinasiyası ilə aparılan hazırlıqların son mərhələsi başlayıb. Fərat çayının qərbində yerləşən Mare xəttinin başlanğıc nöqtəsinin şimalındakı Azezə hücuma hazırlaşan rejim, digər tərəfdən də Afrin kantonunun cənub-şərqindən Hələbə hücuma keçərək Türkiyənin bu şəhərlə əlaqəsini tamamilə kəsmək niyyətindədir.






