“Şəhər iflicdir, ictimai nəqliyyatın effekti yoxdur" - Deputat tıxacdan ŞİKAYƏTLƏNDİ

“Şəhər iflicdir, ictimai nəqliyyatın effekti yoxdur

“Vətəndaşlar tıxaclardan çox əziyyət çəkir”.

 

Bunu Sfera.az-a paytaxt yollarındakı sıxlıqla bağlı açıqlamasında deputat Razi Nurullayev deyib.

 

R.Nurullayev bildirib ki, vəziyyət doğrudan da ağırdır:

 

“Şəhər iflicdir. Vətəndaşlar çox əziyyət çəkir. Evdən bir saat lap tez çıxır ki, gecikməsin, axşam bəzən iki-üç saat tıxaclarda itiirir. Bir tikə çörək yeyib tez yatır ki, sabah erkən duracaq. Heç də maraqlı həyat deyil. Maşınların sayı da günü-gündən artır. Əslində, alternativ çıxış yolu çox deyil. İctimai nəqliyyat isə hələ ki effektiv deyil.  Ən münasib yol şəhərin bütün nöqtələrinə, qəsəbələrinə metro çəkilişi və qatarların hərəkətidir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR