“Uzun Həsən-Ağqoyunlu dövlətinin hökmdarı” adlı nəşr hazırlandı

“Uzun Həsən-Ağqoyunlu dövlətinin hökmdarı” adlı nəşr hazırlandı

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən “Uzun Həsən-Ağqoyunlu dövlətinin hökmdarı” adlı nəşr hazırlanıb.

 

Sfera.az bildirir ki, Azərbaycan və ingilis dillərindəki kitabda görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin soy kökü, şəxsiyyəti, daxili və xarici siyasəti, təşkil etdiyi qoşunlar, anası Sara Xatun, həyat yoldaşı Despinə Xatun, oğlu Sultan Yaqub, Ağqoyunlu dövründə Təbriz miniatür məktəbi, Ağqoyunlu silahları haqqında məlumatlar və müxtəlif muzeylərdəki həmin dövrə aid eksponatların fotoları, barələrindəki informasiyalar yer alıb.

 

Kitabın təqdimatı noyabrın 1-də Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı çərçivəsində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR