Qəbələdə 52 yaşlı kişi özünü güllələyərək öldürüb

17:30 / 25.10.2023
9607
Qəbələ rayonunda 52 yaşlı kişi özünü güllələyərək öldürüb.
Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Savalan kəndində baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Babazadə Namiq İkram oğlu yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq intihar edib.