Əhməd Vəliyevin uşaq bağçasına görə sakinlər ayağa qalxdı - Qanunsuz tikililər sökülür

Əhməd Vəliyevin uşaq bağçasına görə sakinlər ayağa qalxdı - Qanunsuz tikililər sökülür

Xətai prospekti 38-də yerləşən yaşayış binasında mənzil-tikinti kooperativlərinin mənzil idarəçiliyində törətdikləri qanunsuzluqlar, sakinləri incitmələri halları ilə bağlı məsələni saytımızda işıqlandırmışdıq.

 

Beləki, sözügedən ərazidə yerləşən yaşayış binasında yaşayan sakinlərin saytımıza verdiyi məlumata görə, binanın həyətində qanunsuz “besedka” tikilirdi.

 

Saytımızın əməkdaşları vəziyyətlə tanış olub, məsələni yerindəcə aydınlaşdırmışdılar.

 

Məlumat üçün bildirək ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir. Sakinlərin sözlərinə görə, tikintisi davam edən “besedka” da məhz həmin bağça üçün nəzərdə tutulmuşdu və sakinlərə xəbər verilmədən işə başlanılmışdı.

 

Qarşı tərəfin nümayəndəsi “Nəsimi 45” MMMC-nin sədri Cəbrayılova Gülnarə isə söhbət zamanı heç bir problemin olmadığını, “besedka” ilə bağlı bütün icazələrin alındığını bildirmişdi.

 

Sfera.az söz gedən məsələni qaldırdıqdan sonra bu gün axşam saatlarından başlayaraq, Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ərazidə olan qanunsuz tikililər sökülməyə başlanılıb.

 

 Ərazidən söküntü ilə bağlı videonu təqdim edirik:

 

Xatırladaq ki, yaşayış binasının həyətində qanunsuz tikintisi nəzərdə tutulan "Kids Academy by British School" bağçası bir neçə gün əvvəl bağlanan "Muğan Bank"ın rəhbəri keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin tapşırığı ilə həyata keçirilib. 

 

 

Orxan

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR