Sülhməramlılar Qarabağdan addım-addım GERİ ÇƏKİLİR

Sülhməramlılar Qarabağdan addım-addım GERİ ÇƏKİLİR

2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.

 

Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 6 post quraşdırılıb. Onlardan 2-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.

 

Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşma olan ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki, Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.

 

Yeddi günün (17-24 oktyabr) statistikasına nəzər yetirsək, yeni quraşdırılmış 6 yeni postun bağlandığını vurğulaya bilərik.


OXŞAR XƏBƏRLƏR