Sabah hava yaxşı olacaq
Kateqoriya məlum deyil
Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 13-17, Bakıda gecə 9-11, gündüz 14-16° isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14° isti olacaq.






