Bu bank kartını işlədənlərə xəbərdarlıq: içindəki pulları çıxarmaq olmayacaq

Bu bank kartını işlədənlərə xəbərdarlıq: içindəki pulları çıxarmaq olmayacaq

“Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşamaqdadırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir. Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pulların aqibəti necə olacaq? Müştəri digər bankın bankomatlarından kartındakı vəsaiti çıxara bilərmi?

 

Sfera.az bildirir ki, bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında prosedur qaydalarını açıqlayıb.

 

O ilk olaraq xatırladıb ki, hazırda sözügedən bankın bütün əməliyyatları dayandırılıb və banka məxsus “application” işləmir. 

 

Ekspertin sözlərinə görə, müştərinin “Muğanbank” kartındakı vəsaiti digər bankların bankomatları vasitəsilə əldə etməsi real görünmür: “Çünki ləğv olunan bankın kart hesabları da dondurulub. “Muğanbank”ın lisenziyası ləğv olunsa da, hələlik müflis olması barədə rəsmi açıqlama yayılmayıb. Ancaq bütün hallarda banka məxsus əməliyyatlardan istifadə olunmasına məhdudiyyət qoyulub”.

 

Əmanətlərin aqibətinə də toxunan iqtisadçı deyib ki, bank müştərisi olmuş şəxs Əmanətlərin Sığortlanması Fonduna müraciət etməlidir. O bildirib ki, Fond şəxsin sənədlərini qəbul etdikdən sonra əmanətlərin dirilməsi istiqamətində müvafiq addımlar atır:

 

“2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir. Müştərinin cari hesabında qalan məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmır. Ləğvetmə zamanı mövcud olan ardıcıllığa əsasən, müştərinin kart hesabında qalan məbləğ təminatsız öhdəlik kimi sonuncu bölmələrə düşür və geri qaytarılmama ehtimalı var”.

 

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankın (AMB) qərarı ilə "Muğanbank"ın lisenziyası ləğv edilib.

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...