Naxçıvanda vəzifəli şəxs işdən ayrıldı - FOTO
Kateqoriya məlum deyil
T
Naxçıvan hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı İsa Məhərrəmov vəzifəsindən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, İsa Məhərrəmovun prokurorluqda qulluqda olmanın son yaş həddi ilə bağlı qulluq keçməsinə xitam verilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev oktyabrın 23-də onu qəbul edərək Azərbaycan baş prokurorunun müvafiq əmri ilə təltif olunduğu “Fəxri fərmanı” təqdim edib.






