Abşeronda yeni salınmış yaşayış məntəqəsi “Şəfəq” adlandırılacaq

Abşeronda yeni salınmış yaşayış məntəqəsi “Şəfəq” adlandırılacaq
Kateqoriya məlum deyil
T

Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.

 

Sfera.az xəbər verir ki, bunu oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri, deputat İsa Həbibbəyli deyib.

 

O qeyd edib ki, müraciətdə həmin yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.

 

İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR