Azərbaycanda qadınlar bu yaşlarda daha çox uşaq dünyaya gətirir – Maraqlı STATİSTİKA

Azərbaycanda qadınlar bu yaşlarda daha çox uşaq dünyaya gətirir – Maraqlı STATİSTİKA

Azərbaycanda 20-24 yaş aralığında olan qadınlar daha çox uşaq dünyaya gətirir.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ildə 20-24 yaş qrupunda olan hər 1000 qadına düşən diri doğulan uşaqların sayı 131 olub.

 

Statistika göstərir ki, qadınlar daha çox gənc yaşlarında uşaq sahibi olurlar. Rəsmi məlumatlara əsasən 20-29 yaş aralığında olan qadınlar tərəfindən diri doğulan uşaqların sayı digər yaş qruplarında olan qadınlar tərəfindən doğulan uşaqların sayından kəskin fərqlənir. Belə ki, yaşı 25-29 aralığında olan hər 1000 qadına 96 uşaq doğumu düşdüyü halda, 30-34 yaş qrupunda 46 uşaq doğumu, 35-39 yaş qrupunda 18 uşaq doğumu düşür.

 

Yaşları 40-ı keçən qadınlar isə daha az uşaq dünyaya gətirir. Ötən ilin məlumatına görə, 40-44 yaşlarda hər 1000 qadına 4, 45-49 yaşlarında isə 1 uşaq doğumu faktı qeydə alınıb.

 

Böyük yaşla yanaşı aşağı yaşlarda da uşaq doğumu azalır. Yaşı 15-19 olan hər 1000 qadına 37 uşaq doğumunun olması bunu göstərir.

 

Ümumilikdə, son 10 ildə uşaq doğumunda azalma baş verir. Bu hal 45-49 yaş istisna olmaqla bütün yaş qruplarında özünü göstərir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR