Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur 

Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur 

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

 

Sfera.az xəbər verir ki, 2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb.

 

Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.


OXŞAR XƏBƏRLƏR