Azərbaycanda “Survivor” təşkil edə bilərik - Acun

Azərbaycanda “Survivor” təşkil edə bilərik - Acun

"Azərbaycanla bağlı layihələr düşünürük".

 

Sfera.az xəbər verir ki, bunu Bakıda olan türkiyəli iş adamı Acun İlıcalı jurnalistlərə açıqlamasında bildirib.

 

O, Azərbaycanda layihələr həyata keçirmək istədiyini vurğulayıb.

 

"Çox istəyərəm ki, burada bir şou proqram edək. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”, - Acun İlıcalı qeyd edib.

 

Biznesmen deyib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millət olduğunu dəfələrlə nümayiş etdirib: “Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı bağlılığı bilirəm və sanki öz vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq. Lakin iki dövlət bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik”.

 

O, Bakıya ikinci dəfədir gəldiyini qeyd edib və bundan sonra ölkəmizi tez-tez ziyarət edəcəyini vurğulayıb.

 

“Hesab edirəm ki, buranı daha çox ziyarət etməliyəm. Mənə olan sevginin qarşılığını verməliyəm. Çünki mən də azərbaycanlı qanı daşıyıram. Atamın anası azərbaycanlıdır. Azərbaycana bağlılığım da buradan qaynaqlanır. Uşaq yaşlarından Azərbaycanı sevirəm”, - Acun İlıcalı bildirib.

 


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...