Vəkillər Kollegiyasının Akademiyası təsis olunub

Vəkillər Kollegiyasının Akademiyası təsis olunub

Oktyabrn 20-də "De Fendo" Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Qurumdan Sfera.az-a bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

 

İclasın gündəliyinə uyğun olaraq, Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib. Eyni zamanda, Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyevin Akademiyanın rəhbəri təyin edilməsi qərara alınıb.

 

Sonra beynəlxalq təcrübə nəzərə alınaraq, Kollegiyanın Aparat rəhbəri vəzifəsinin Baş katib adlandırılması məsələsinə baxılıb və bundan irəli gələn digər qərarlar verilib.

 

Həmçinin, iclasda Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılıb. Belə ki, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, təhsildə fərqlənən tələblər üçün fərdi təqaüdün ayrılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis edilib.

 

Eyni zamanda, vəkilliyə qəbul, vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

 

Daha sonra iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.

 

Bundan başqa, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

 

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda ən bahalı mənzillər bu rayonlardadır - VİDEO

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub. Köhnə tikili mənzillər isə 12,2 % baha...

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...