Məktəblinin xəstəxanada ölməsi ilə bağlı araşdırma aparılır
Kateqoriya məlum deyil
T
Oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, dünyasını dəyişən məktəbli Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.






