Şəhid Ülvi Ağayevin üçüncü ildönümü qeyd olundu - FOTO

Şəhid Ülvi Ağayevin üçüncü ildönümü qeyd olundu - FOTO

Göyçay rayonunun Şahsoltanlı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağayev Ülvi Valeh oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

 

Sfera.az xəbər verir ki, mərasimdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

 

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ülvi Ağayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

 

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Ağayev Ülvi Valeh oğlu 09.03.1993-cü il tarixdə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 21 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” və medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers


OXŞAR XƏBƏRLƏR

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...

Bu ərazilərə yağış yağdı – Faktiki hava

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Qeyd ...

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ

Texnologiya inkişaf etdikcə, getdikcə daha çox insan ChatGPT-yə sadəcə rəqəmsal bir vasitə kimi deyil, bir növ virtual psixoloq və ya sirdaş kimi baxmağa başlay...