Sərxoş halda qəza törədib qaçan sürücü Müsavat başqanı Arif Hacılının oğludur - FOTO/VİDEO

Sərxoş halda qəza törədib qaçan sürücü Müsavat başqanı Arif Hacılının oğludur - FOTO/VİDEO

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.

 

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə və şahidlərinin verdiyi məlumata görə, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış daha 3 avtomobilə çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin dediyinə görə, qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd etmişdir.

 

Məsələ ilə bağlı Topxəbər saytı Arif Hacılı və Orxan Hacılı ilə əlaqə saxlamağa çalışıb. Lakin məsələ ilə bağlı heç bir məlumat əldə edə bilməyib.

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...