Şəmkirdə güclü partlayış: Yaralılar var – VİDEO
Kateqoriya məlum deyil
Şəmkir rayonunun Təzəkənd kəndində güclü partlayış baş verib.
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış nəticəsində ev tamamilə dağılıb. Hadisə nəticəsində evdə kirayə qalan iki nəfər - ər və arvad ağır yaralanıb.
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıblar. Hadisəyə səbəb kimi qaz sızması göstərilir.






