Çanaqqala Universitetində professor Çingiz Abdullayevlə görüş keçirilib - FOTO

Çanaqqala Universitetində professor Çingiz Abdullayevlə görüş keçirilib - FOTO

Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən sayılan Çanaqqala 18 Mart Universitetində tanınmış azərbaycanlı alim, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevlə görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, müsəlman məscidi, əski erməni kilsəsi və yəhudi sinaqoqu ilə əhatə olunan Manfred Osman Korfmann Kitabxanasında düzənlənən görüşdə universitetinin müəllim və tələbələri iştirak edib.

 

Tədbirin əvvəlində Türkiyə Böyük Millət Məclisinin üzvü Rıdvan Uzunun təbrik məktubu oxunub.

 

18 Mart Çanaqqala Universitetinin rektoru prof. Cüneyt Erenoğlu görüş iştirakçılarını salamlayaraq bildirib ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində təşkil olunub.

 

Professor Çingiz Abdullayevin elmi və ictimai fəaliyyəti barədə geniş məlumat verən rektor azərbaycanlı alimin yeni nəşr etdirdiyi “Kardeş ülkeler” və “Türkiyənin çokkültürlü mühiti” kitablarının önəmindən danışıb, bu sanballı əsərlərin “Bir millət, iki dövlət”- Türkiyə-Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını dilə gətirib.

 

Universitetin professoru Vedat Çalışkan Çingiz Abdullayevlə  tanışlıqdan və tədqiqat zamanı lentə alınmış “Mühit” sənədli filmindən söz açıb. Sonra film nümayiş olunub.

 

Ali məktəbin müəllimləri pianoçu Zafer Tural və solist Dr. Ezgi Ertek Babaç Azərbaycan mahnılarını səsləndirməklə tədbirə rəng qatıblar.

 

Tələbə və müəllim heyəti qarşısında çıxış edən professor Çingiz Abdullayev professor Halil İnalcıkla 2011-ci ildə Ankarada görüşünün təəssüratlarını bölüşüb, alim həmkarından ilk dəfə eşitdiyi “Kilit kala” sözünə əsasən hazırladığı “Kilit kalaya ilk səfərim” mövzusunda maraqlı mühazirə ilə çıxış edib.

 

Sonda azərbaycanlı alimə ali məktəbin rektorluğu adınan xatirə hədiyyəsi təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Ağdamda 12 yaşlı uşağı ilan SANCDI

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.   Kənd sakini Piriyev ...

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara BAŞLADI

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. &nb...

Leonid Slutski: "Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb"

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb və ölkə indi onun əsasını qoyduğu yolla inkişaf edir.   Sfera.az-ın məlumatın...

Narkotikə görə saxlanılan müğənninin Bakı konserti LƏĞV OLUNACAQ?

Dünən Türkiyənin məşhur müğənnisi Kalben Sağdıç İstanbulda polislərin keçirdiyi narkotik əməliyyatı nəticəsində saxlanılıb.   Sfera.az xəbər ver...

Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

İkinci Dünya müharibəsində Azərbaycandan 641 minə yaxın insan hərbi xidmətə cəlb edilsə də əməliyyatlar zamanı onlardan nə qədərinin dünyasını dəyişdiyinə dair ...

Sabah bu yollar BAĞLANACAQ - RƏSMİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət...