Fuad Kərimov Ukraynadan Azərbaycana ekstradisiya edildi - RƏSMİ

Fuad Kərimov Ukraynadan Azərbaycana ekstradisiya edildi - RƏSMİ

Baş prokurorluğun vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Fuad Kərimovun ekstradisiyası haqqında qərar qəbul olunub.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Fuad Kərimovun xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

 

Fuad Kərimov Ukraynanın ərazisində saxlanılaraq oktyabrın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

 

Qeyd edək ki, iki gün əvvəl Azərbaycan Respublikasının vətəndaşları Elturan Emil oğlu Daşdəmirov, Sərxan Oqtay oğlu Məmmədov, Pərviz Qəzənfər oğlu Abbasov və Aydın Ayaz oğlu Dadaşzadə Rusiyadan ölkəmizə ekstradisiya edilib.


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...