Birbank-ın yeni QR-kodla ödəniş üsulu 3% keşbek qazandırır

Birbank-ın yeni QR-kodla ödəniş üsulu 3% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank-a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 3% keşbek qazana bilərlər.

 

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.

 

Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

 

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: //bir.bank/bbchqr.

 

Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...