Valideynlərin DİQQƏTİNƏ: Övladlarınızı bu üsulla qızılcadan qoruyun

Valideynlərin DİQQƏTİNƏ: Övladlarınızı bu üsulla qızılcadan qoruyun

Səhiyyə Nazirliyinin bu gün yaydığı məlumata görə, 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur. Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı həkim-terapevt Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında qızılca və məxmərəyin əlamətlərindən danışıb. 

 

Onun sözlərinə görə, qızılca və məxmərək kimi xəstəliklərə adətən uşaq vaxtı daha çox rast gəlinir. Bu xəstəliklər yuxarı tənəffüs yollarında olan viruslar vasitəsilə yaranır:

 

"Əslində, məxmərək xəstəliyini də elə qızılca yaradır. Sadəcə olaraq qızılca daha ağır formada gedir. Demək olar ki, uşağın bədənində toz şəklində yayılan qabarıq səpkilər olur. Xəstədə yüksək temperatur və öskürək kimi simptomlar özünü göstərir. Temperatur adətən 38-40 dərəcəyə qədər yüksəlir. Qızılcada viruslar hava damcıları vasitəsilə insandan insana ötürülür. Qızılca virusa yoluxduqdan təxminən 10-12 gün sonra yaranır və 10 günədək davam edir. Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəni və onun istifadə etdiyi əşyaları sağlam şəxslərdən təcrid etmək lazımdır. Qızılca yaşlı insanlarda daha ağır keçir". 

 

Məxmərəyin də səpkili xəstəliklər qrupuna aid olduğunu bildirən R.Bağırova deyib ki, bu xəstəlik, adətən, uşaqlarda fəsadsız keçir:

 

"Məxmərəkdə səpkilər insanın dərisinə yapışan formada yaranır. Bu səpkilər bədənin hər nahiyyəsini əhatə edə bilir. Qızılcadan fərqli olaraq, məxmərək 2-3 gün davam edir. Ona görə də hansısa müalicə üsuluna da ehtiyac qalmır. Sadəcə olaraq xəstə normal qidalanmalı və istirahət etməlidir". 

 

Həkim bildirib ki, qızılcadan qorunmağın ən təsirli üsulu peyvənddir: "Cəmi bir dozadan sonra uşaqların təxminən 85 faizində qızılcaya qarşı immunitet qazanır. Peyvənd qızılca xəstəliyinin yayılmasının və epidemiyasının qarşısını alır. Lakin peyvəndin əhatə dairəsi azalmağa başlasa, əhali arasında infeksiyanın yayılması riski artır".

 

Qeyd edək ki, uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunub.

 

Xatırladaq ki, hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda və bu rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bütün sosial ödənişlər bu tarixdə veriləcək - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...