Logo

Azərbaycanda pullu xidmətlərin həcmi artdı

Azərbaycanda pullu xidmətlərin həcmi artdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin 11 ayı ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 6 milyard 450,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Avropa.info-ya verilən məlumata görə, artımın 55,5 faizi hüquqi şəxslərin fəaliyyəti nəticəsində yaranıb və onlar tərəfindən əhaliyə 4 milyard 724,0 milyon manatlıq xidmət göstərilib. Bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisini 4,0 faiz üstələyib.

Həmin dövrdə hər bir ölkə sakini orta hesabla 61,6 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR