Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda növbəti dəyirmi masa keçirildi - FOTO

Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda növbəti dəyirmi masa keçirildi - FOTO

16 oktyabr 2023-cü il tarixdə Göyçay Gənclər Evində “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirilib.

 

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Respublikanın əməkdar müəllimi Adil Məmmədov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin Göyay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, bir qrup rayon gənci iştirak ediblər.

 

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dəyirmi masanı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətindən bəhs edərək bildirib ki, bu gün Azərbaycan Respublikası iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilib. Həmçinin Z.Zeynalova 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycanın qalib ölkəyə çevrilməsini və 20 ildən sonra məhz 15 oktyabr 2023-cü il tarixdə Xankəndində, Xocalıda, Xocavənddə Azərbaycan bayrağını ucaltmaqla ölkə prezidentinin xalqına verdiyi bütün vədlərin yerinə yetirildiyini vurğulayıb. 

 

Tədbirdə çıxış edən Respublikanın əməkdar müəllimi Adil Məmmədov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin Göyay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, Gənclər Evinin əməkdaşı Cəmilə Abdullayeva, Göyçay Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Bədəlova Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu qeyd ediblər.

 

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...

Müəllimlərin maaşı artdı

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 3...

Avtobusda həyəcan dolu ANLAR - Sürücünün ürəyi getdi, sonra isə... - VİDEO

  Sükan arxasında halı pisləşən avtobus sürücüsü yerə yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş veri...