"Qazaxıstan çox irəliləyib, bizdə bu sahədə çox ciddi problemlər var" - Osman Gündüz

Qazaxıstanda ötən həftə növbəti beynəlxalq texnoloji forum - Digital Bridge Forum keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi xətti ilə bu tədbirə qatılanlar olub.

 

Bəs bu forumda Azərbaycanla bağlı hansı təhlillər aparıldı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu, çox böyük bir tədbirdir və bizdə bu sahədə çox ciddi problemlər var:

 

“Çox böyük bir tədbirdir. Qazaxıstan rəqəmsal transformasiyada, İT sektorda, innovasiyalar və ekosidtemin inkişafında, rəqəmsal hökumət quruculuğunda hədsiz çox irəliləyib. Xarici investisiyaların cəlbi, beynəlxalq şirkətlərin ölkədə oturuşması sahəsində ciddi uğurları var. Hökumət bu sektorda münbit şərait yaradılması üçün ciddi səylər göstərir.Xəzərin dibi ilə fiberoptik kanalın çəkilməsi istiqamətində Qazaxıstanla bizim aramızda, hökumətlər səviyyəsində təsdiqlənən Trans-Xəzər layihəsi var. Bir müddət öncə Prezident İlham Əliyev, həmçinin elə bu tədbirdə Qazaxıstan Prezidenti Tokayev də bu məsələyə toxunublar.

 

Baxıram ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) xətti ilə bu tədbirə qatılanlar olub. Bizdə bu istiqamətdə müəyyən addımlar atılsa da, çox ciddi problemlər də var. Gözləyirdim ki, Azərbaycan və Qazaxıstan arasında sektorun inkişafı ilə bağlı ciddi müqayisələr olacaq, ciddi təhlillər aparılacaq. Lakin hansısa bir təhlil, müqayisə görmədim.Sadəcə bir yazı gözümə dəydi. Hansı ki, orada Azərbaycan Qazaxıstanla müqayisədə "riskləri daim qiymətləndirərək çox diqqətli davranış" sərgiləyən ölkə olaraq xarakterizə edilib. Sadəcə bu qədər…”

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...