HƏMAS-ın əsir götürdüyü iddia edilən 14 Azərbaycan vətəndaşı ilə bağlı XİN-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 14 Azərbaycan vətəndaşının HƏMAS terror qruplaşmasının əsirliyində olması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə xəbəri təkzib edib və məsələnin araşdırıldığını deyib:
"Girovlar barədə məlumat öz təsdiqini tapmayıb. Səfirliyimiz məsələni araşdırır".
Hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş azərbaycanlıların siyahısını təqdim edirik:
1. Şamil Abbasov (İsrail vətəndaşı)
2. Emin Axundov (eyni zamanda Azərbaycan vətəndaşıdır)
3. İlkin Nəzərov (eyni zamanda Azərbaycan vətəndaşıdır)
4. Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
5. Roman Gandel (İsrail vətəndaşı)
6. Eden Abdullayev (İsrail vətəndaşı)
7. Emil Samuyelov (vətəndaşlıq dəqiqləşdirilir).
Əzizə Zeynal