İşçini müqaviləsiz işlədən şirkətə 20 min manat CƏRİMƏ - RƏSMİ

İşçini müqaviləsiz işlədən şirkətə 20 min manat CƏRİMƏ - RƏSMİ

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.

 

Qurumdan Sfera.az-a bildirilib ki, araşdırma zamanı “TMS GROUP” MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

 

Fakt üzrə Mingəçevir Şəhər Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...