Yelo Bank üçüncü rübü yüksək nəticələrlə başa vurub

Yelo Bank üçüncü rübü yüksək nəticələrlə başa vurub

Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatdan görünür ki, Bank ilin əvvəlindən başlatdığı pozitiv artım dinamikasını qorumaqdadır. Belə ki, cari ilin əvvəlindən Yelo Bank-ın xalis mənfəəti 14 milyon manata yüksəlib. Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 912 milyon manat təşkil edir, bu da ötən ilin sonu ilə müqayisədə 90 milyon manat, yəni 11% artım deməkdir. 
 

Bankın həm kredit, həm də əmanət portfeli böyüyüb. İlin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 15% artaraq 715 milyon manat təşkil edib. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 462 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən real sektorun maliyyələşdirilməsi hesabına artıb.


Fiziki şəxslərə verilən kredit portfeli isə ilin əvvəlindən 40 milyon, yəni 20% artaraq 252 milyon manat təşkil edib. Bu satışın 34%-i, eləcə də istehlak krediti portfeli artımının 44%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. 
 

Hesabata görə Bankın əmanət portfelində də nəzərə çarpan artım var. İlin əvvəlindən bu istiqamət üzrə portfel 12% artaraq 642 milyon manata yüksəlib. Bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.
 

Eyni zamanda Bankın faiz gəlirləri də ötən ilin analoji dövrü ilə müqayisədə 31% artaraq 81 milyon manata çatıb.
 

Ötən ilin sonu ilə müqayisədə məcmu kapital 10%-lik artımla 102 milyon manat təşkil edir. Bu da requlyativ tələbdən 2 dəfə - 52 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.41%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.27% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
 

Bank xidmətləri ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp yelo.az hesablarımızı ziyarət edin.
 

Yelo Bank – Parlaq bankçılıq!


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...