Xəstənin qarnında tənzif unutdu, məsuliyyətdən azad edildi

Xəstənin qarnında tənzif unutdu, məsuliyyətdən azad edildi

Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Şəhər Xəstəxananın Doğum-Ginekologiya şöbəsinin həkimi, mama-ginekoloq Leyla Cəfərova barəsindəki cinayət işinə baxılıb.

 

Sfera.az xəbər verir ki, qeysəriyyə əməliyyatı vaxtı qadının qarın boşluğunda tənzifi unudan həkim Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsi ilə təqsirləndirilib. Belə ki, araşdırmalar zamanı tənzifin 7 ay müddətində 25 yaşlı Aysel Qurbanovanın qarnında qalması məlum olub. Nəticədə onun bağırsağı deşilib.

 

Bildirilib ki, 25 yaşlı A.Qurbanova 2021-ci ilin sentyabrında qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Doğuşdan 3 gün sonra xəstəxanadan evə buraxılan ananın qarın nahiyəsində bir müddət sonra kəskin ağrılar başlayıb. Bir neçə ay davam edən ağrılardan sonra Aysel Qurbanova yaxınları tərəfindən yenidən ginekoloq L.Cəfərovanın yanına gətirilb.

 

 

A.Qurbanova ifadəsində bildirib ki, həkim ona soyuqdəymə diaqnozu ilə müalicə yazıb. Lakin onun ağrıları daha da artıb. Bundan sonra Bakıdakı “Xəzər” klinikasına gətirilən qadının qarın boşluğunda yad cismin olması müəyyən edilib və o, təcili əməliyyata götürülüb.

 

Burada əməliyyat edilən gənc ananın qarın boşluğundan tənzif götürülüb, lakin daha sonra qadının bağırsağının deşilməsi məlum olub və o, 1 il ərzində 3-cü dəfə əməliyyat edilməli olub. Nəticədə Respublika Klinik Xəstəxanasında bağırsağından əməliyyat olunan qadının bağırsağının çürümüş hissəsi götürülüb. 

 

A.Qurbanovanın şikayətindan sonra onun qarın boşluğunda tənzifi unudan, uzun müddət sağlamlığının pozulmasına və bağırsağının deşilməsinə səbəb olan ginekoloq barəsində cinayət işi açılıb. Məhkəmədə L.Cəfərova özünü təqsirli bilib və zərərçəkmiş şəxsin sağalması üçün əlindən gələni etdiyini bildirib. O, A.Qurbanovanı şəxsi maşını ilə Bakıya müayinələrə apardığını, maddi dəstək verdiyini deyib. A.Qurbanova da həkimlə barışdığını, artıq ona qarşı şikayət və ya tələbinin olmadığını bildirib.

 

Mingəçevir şəhər Məhkəməsində keçirilən prosesin yekununda Leyla Cəfərova barəsindəki cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas götürülüb. Məhkəmə həkimin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.   Sfera.az-a&nb...

Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində 14 faiz azalacağını proqnozlaşdırır.   Sfera.az “Bloomberg”ə istinadən xə...

Bu vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müda...

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.  ...

Pensiya və maaş ilə yanaşı, digər hansı ödənişlər artırıla bilər? - AÇIQLAMA

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiə...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. &...