Bu gün 3 rayon qazsız qalacaq - RƏSMİ

Bu gün 3 rayon qazsız qalacaq - RƏSMİ

Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyalarında separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 13-də saat 09:30-dan işlər başa çatanadək “Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...

Mussolinini belə aldadan əfsanəvi türk fırıldaqçısı

Eyüplü Halit İstanbul küçələrində maskalanan əfsanə idi. Onu digər fırıldaqçılardan fərqləndirən şey sxemlərindəki inanılmaz detal idi. Nə Qalata qülləsini satm...

Həyatı boyu yalnız üç dəfə duş qəbul etdiyi deyilən Fransa kralı: XIV Lüdovik

XIV Lüdovik deyildikdə əzəmət, Versal yada düşür. Ancaq bu parlaq dövrün arxasında gigiyena ilə bağlı olduqca qaranlıq bir mənzərə var. Onun "həyatınd...

Yaşama şansı sıfır idi: Dünya rekordçusu körpə bir yaşına çatdı

5 iyul 2024-cü ildə Keen cütlüyünün Neş Kin adlı oğlu dünyaya gəlib. Körpə 133 gün vaxtından əvvəl, hamiləliyin 21-ci həftəsində anadan olub. Bu, Ginnesin Rekor...

23 il əvvəl Sknilov aerodromunda faciə: Pilotların səhvləri ucbatından 80-ə yaxın insan öldü

Lvovdakı Sknilov aerodromunda keçirilən aviaşouya 10 minə yaxın tamaşaçı gəlib Aviasiya şouları tarixində ən böyük fəlakət 27 iyul 2002-ci ildə Lvovdakı Sk...