Azərbaycanda bu qanunu pozanlar 7 min manat cərimələnəcək

Azərbaycanda bu qanunu pozanlar 7 min manat cərimələnəcək

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək.

 

Sfera.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

 

Yeni maddəyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni Azərbaycan Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;

 

- Ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;

 

- Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;

 

- Banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər 1 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

 

Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər 500 manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.

 

Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə- vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...