Adil Kərimli türkmənistanlı həmkarı ilə görüşdü - FOTOLAR

Adil Kərimli türkmənistanlı həmkarı ilə görüşdü - FOTOLAR

Oktyabrın 12-də Mədəniyyət Nazirliyində Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

 

Sfera.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, görüşdə nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş respublikalarımızın əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişafına mühüm zəmin yaradıb. Eyni zamanda, xalqlarımızı dərin milli köklər, qədim və zəngin mədəni yaxınlıq biri-birinə bağlayır. Mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin təşkili və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə də Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

 

Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb.

 

Nazir Adil Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqlarımızın qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Türkmənistan nümayəndə heyəti oktyabrın 13-14-də “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...

Mussolinini belə aldadan əfsanəvi türk fırıldaqçısı

Eyüplü Halit İstanbul küçələrində maskalanan əfsanə idi. Onu digər fırıldaqçılardan fərqləndirən şey sxemlərindəki inanılmaz detal idi. Nə Qalata qülləsini satm...

Həyatı boyu yalnız üç dəfə duş qəbul etdiyi deyilən Fransa kralı: XIV Lüdovik

XIV Lüdovik deyildikdə əzəmət, Versal yada düşür. Ancaq bu parlaq dövrün arxasında gigiyena ilə bağlı olduqca qaranlıq bir mənzərə var. Onun "həyatınd...