Stadionu söküləcək \"Kəpəz\" harada oynayacaq? - AÇIQLANDI

Stadionu söküləcək \

“Kəpəz” bu mövsümün qalan hissəsində və növbəti mövsümdə ev oyunlarını Tovuzda keçirəcək.

 

Sfera.az xəbər verir ki, Gəncə şəhər stadionunun sökülməsi və yenisinin tikilməsi səbəbindən komanda rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək.

 

Alternativ kimi bir neçə variant olsa da, yekunda daha yaxın olan Tovuz şəhər stadionunda oynamaq məqsədəuyğun hesab edilib. Komandanın Azərbaycan Premyer Liqasının növbəti - X turunda “Zirə”ni məhz orada qəbul etməsi planlaşdırılır.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Arenanın yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.

 

Yaxın zamanlarda stadionda söküntü işlərinə başlanacaq. Arenanın 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...

Mussolinini belə aldadan əfsanəvi türk fırıldaqçısı

Eyüplü Halit İstanbul küçələrində maskalanan əfsanə idi. Onu digər fırıldaqçılardan fərqləndirən şey sxemlərindəki inanılmaz detal idi. Nə Qalata qülləsini satm...

Həyatı boyu yalnız üç dəfə duş qəbul etdiyi deyilən Fransa kralı: XIV Lüdovik

XIV Lüdovik deyildikdə əzəmət, Versal yada düşür. Ancaq bu parlaq dövrün arxasında gigiyena ilə bağlı olduqca qaranlıq bir mənzərə var. Onun "həyatınd...