Fərid Şahbazlı: “Gənclər siyasətinin mühüm bir istiqamətə çevrilməsi Prezident İlham Əliyevin siyasi iradəsidir”

Fərid Şahbazlı: “Gənclər siyasətinin mühüm bir istiqamətə çevrilməsi Prezident İlham Əliyevin siyasi iradəsidir”

“Azərbaycanın son 20 ildə qazandığı böyük uğurlar, dünyanın siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi, beynəlxalq münasibətlər sistemində həlledici aktora çevrilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın müxtəlif sahələrdəki uğurlu təcrübəsi dünyanın bir çox qabaqcıl ölkələri tərəfindən bir model kimi öyrənilir və tətbiq edilir”.

 

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyahi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyəti dövründən bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də böyük uğurlar əldə edilib: “Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Cənab Prezident tərəfindən böyük uğurla davam etdirilir. Gənclər siyasəti bu illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin prinspial siyasi iradəsinin nəticəsi olaraq, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin mühüm bir istiqamətinə çevrilib. Hazırda ölkəmizdə gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün müxtəlif dövlət proqramları, gənclərin inkişaf strategiyaları icra edilir. Azərbaycan Gənclər Fondunun, gənc kadrların önə çəkilməsini hədəfləyən “Yüksəliş” müsabiqəsinin fəaliyyət göstərməsi, gənclərin fəaliyyətinin dövlət başçısı tərəfindən mütəmadi olaraq qiymətləndirilməsi gənclərin dövlət idarəçiliyində iştirakını və rolunu ciddi şəkildə artırıb. Gənclərlə aparılan məqsədyönlü işin nəticəsidir ki, Azərbaycan gəncliyi 44 günlük Vətən Müharibəsi sınağından ön cəbhədə qəhrəman əsgər, arxa cəbhədə informasiya cəbhəsinin döyüşçüsü kimi üzüağ çıxdı”.

 

Fərid Şahbazlı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda 30 illik işğala son qoyularaq, ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi ilə tarixi ədalət bərpa edildi: “Bu fakt 20 ildir Azərbaycana böyük uğurlar qazandıran Cənab Prezidentin fəaliyyət dövrünün ən parlaq səhifəsi kimi Azərbaycan tarixində əbədi yaşayacaq”.


OXŞAR XƏBƏRLƏR

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...

Mussolinini belə aldadan əfsanəvi türk fırıldaqçısı

Eyüplü Halit İstanbul küçələrində maskalanan əfsanə idi. Onu digər fırıldaqçılardan fərqləndirən şey sxemlərindəki inanılmaz detal idi. Nə Qalata qülləsini satm...

Həyatı boyu yalnız üç dəfə duş qəbul etdiyi deyilən Fransa kralı: XIV Lüdovik

XIV Lüdovik deyildikdə əzəmət, Versal yada düşür. Ancaq bu parlaq dövrün arxasında gigiyena ilə bağlı olduqca qaranlıq bir mənzərə var. Onun "həyatınd...