“Nüşabəni atalığı ilə yataqda tutdum, saçından sürüyüb...” - Xalası müğənnini biabır etdi + VİDEO

“Nüşabəni atalığı ilə yataqda tutdum, saçından sürüyüb...” - Xalası müğənnini biabır etdi + VİDEO

Müğənni Nüşabə Musayeva “Bizimləsən” verilişində doğma xalası haqqında şok açıqlamalar verib. Müğənni canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb və onları yataqda öz gözləri ilə gördüyünü iddia edib. 

 

Sfera.az xəbər verir ki, verilişin növbəti buraxılışında Nüşabə Musayeva doğma xalası ilə üz-üzə gəlib. 

 

İfaçının xalası deyilənlərin tamamilə yalan olduğunu bildirib. O, canlı efirdə Nüşabəni ögey atası ilə birgə gördüyünü iddia edib: 

 

“Mən özümü günahkar hiss etmirəm, günahkar deyiləm. Hər işin günahkarlı Nüşabədir! O, az yaşından etibarən balaca boyu ilə bütün nəslə zərbə vurur. Nüşabə, hamını aldada bilərsən, sənə yazıqları gəlsin deyə rola girə bilərsən, amma bir sübut gətir ortaya qoy! Sənin kimi övlada ayıb olsun ki, sən öz ananı biabır edirsən. Diriyə hörmət qoymursan, heç olmasa, ölüyə hörmət qoy. Öz etdiyini mənim adıma ləkə yaxıb danışma! Həmin gecə mən o şilləni sənə niyə vurdum? Həmin gecə oyandım gördüm Nüşabə yoxdur, otaqları gəzdim, tapa bilmədim. Sabirin (red-Nüşabə Musayevanın ögey atası) otağına girəndə onları gördüm. Öz etdiyini mənim adıma çıxarma. Onları gördüm, Nüşabənin saçından tutdum, qapıda bir şillə vurdum. Şilləni vurdum ki, bu ona ömür boyu dərs olsun. Dedim sənin anan xəstəxanadadır, amma burada nə işlərlə məşğulsan...” 

 

Müğənninin xalası onun atası ilə evə görə rəsmi nikaha girdiyini, aralarında ər-arvad münasibətinin olmadığını deyib:

 

“Nüşabə 3 gündür orada nələr danışır. Mən Sabirlə evə görə nikaha girmişəm. Bu da uzun illər çəkməyib. Mən onunla nə ailə kimi yaşamışam, nə də onu ailə gözündə görmüşəm, belə bir şey ola bilməzdi. Mən elə qadınlara nifrət edirəm”. 

 

Efirdə olan müğənni isə xalası ilə qarşıdurma yaşayıb. “Sən hamını aldada bilərsən, amma Allahı aldada bilməzsən. Düzsənsə, mənə cavab ver”-  N.Musayeva bildirib. 


OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...