Pomidor nə vaxt ucuzlaşacaq? - AÇIQLAMA

Pomidor nə vaxt ucuzlaşacaq? - AÇIQLAMA

Son günlər Azərbaycanda pomidorun qiyməti nəzərəçarpacaq həddə artıb. Sürətlə və qəfil bahalaşan pomidor sanki qızıla dönüb. Ölkə bazarlarında, iri supermarket şəbəkələrində pomidorun bir kq-ı 4-5 manat arasında dəyişir. Açıq bazarlarda isə qiymət 3-4 manat civarında təklif olunur. 

 

Halbuki pomidorun qiyməti ən son 80 qəpik - 1 manat arasında təklif olunurdu. Bir gecədə sürətlə bahalaşan bu məhsulun qiymətinin artması müxtəlif səbəblərlə izah olunur. Əsas səbəb olaraq isə qəfil yağıntıların başlanması və məhsuldarlığın azalması gətirilir. 

 

Qeyd edək ki, Azərbaycanda pomidorun qiymətində artım yalnız qış aylarında müşahidə olunurdu. Bu il isə bu proses tezləşib. Bəzi ekspertlərin fikrincə, pomidorun sürətlə bahalaşması məhsulun Rusiyaya daşınmasıdır. 

 

Bəs əsl səbəb nədir? 

 

Mövzu ilə bağlı Bizim.media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bahalaşmaya bir neçə səbəb göstərib.

 

O, deyib ki, səbəblərdən biri yağışların başlanması və açıq sahələrdə pomidorların toplanmasının mümkünsüzlüyü olsa da, əsas səbəb başqadır:

 

“Təkcə yağış faktoru üzərində dayansaq, səhv etmiş olarıq. Çünki yağıntılar davamlı getmədi. Ölkədən Rusiyaya pomidor daşınması da yeni məsələ deyil. Bu, həmişə olub və müsbət cəhətdir. Pomidor ixracı nə qədər artsa, ölkəyə bir o qədər sərmayə gətirər.

 

Məsələ burasındadır ki, pomidor Rusiyada Azərbaycandakından xeyli ucuzdur. Bu da onunla izah olunur ki, Azərbaycanda pomidor sahələrinin becərilməsi ildən-ilə bir qrup inhisarçılar tərəfindən nəzarətə götürülüb. 

 

Salyan, Xaçmaz, Ağdaş və bir neçə rayonda böyük fermerlər var. Mərkəzləşdirilmiş şəkildə geniş tarlalarda pomidor əkini ilə məşğul olurlar. Onlar həm də ölkəyə pomidor toxumları idxalı ilə məşğul olurlar. 

 

O toxumlar seleksiya olunmuş toxumlardır ki, onlar yüksək məhsuldarlıq verməsi üçün xüsusi aqrotexniki qaydada becərilməlidir. İndiki pomidor növlərinə mütləq kökdənkənar yenilənmə verilir. Xüsusi preparat və yarpaqları vasitəsilə qidalandırılır. Bu yollarla inhisarlaşan pomidorun qiymətlərini müəyyən etmək çox asandır. Yəni istədikləri vaxt çox asanlıqla qiyməti qaldırırlar”.

 

Ekspertin fikrincə, Azərbaycanda pomidorun qiyməti istənilən an sıçrayışla arta bilir:

 

“Fermerlərin birbaşa Bakıda bazarlara gəlməsi və pomidor satmaları mümkün deyil. Məsələn, “8-ci kilometr” bazarına Salyan fermerləri pomidor gətirib sata bilməzlər.

 

Hamı “Meyvəli” deyilən əraziyə gəlir, pomidor satan böyük şirkətlər isə məhsulu oradan alır. Yəni bu ticarət bir növ tək əldə cəmləşdirilib. 

 

Hesab edirəm ki, istixana məhsulları çıxana qədər bu proses davam edəcək. İstixana mövsümü başlayanda məhsul bollaşacaq. Onda qiymətlər təxminən 2-3 manat arasında, qış mövsümünə uyğun olaraq sabitləşəcək. Hazırda istixanalar da eynilə bir neçə fermerin əlində cəmləşib. 3-4 il əvvəl başlayan bir proses indi də bəhrəsini verir”.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...