Bakıda imtahan verən 67 yaşlı kişi qəfil öldü
Kateqoriya məlum deyil
T
Bakıda 67 yaşlı kişi imtahan zamanı qəfil vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında baş verib.
İmtahanda iştirak edən 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu özünü pis hiss edib və imtahan zalında vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.






