\"Kişilər yediklərini yığışdırmır, qadın quldur?\" - Aparıcı Aytən 

\

Aparıcı Aytən Səfərova bəzi kişilərin öz həyat yoldaşlarına qulluqçu kimi yanaşmasına münasibət bildirib.

 

Axşam.az xəbər verir ki, aparıcı bu barədə “Xəbər ertəsi” proqramında danışıb.

 

O, əks cinsin nümayəndələrinin belə olmasında günahı analarında görüb:


"Köhnədən qadın evin qulluqçusudur deyib, analar bütün işləri qızlarına öyrədirdilər. Qadına həmin illər ərzində qul kimi baxılıb ki, indiyə qədər də bir çox oğullar evləndikdən sonra məişət əlilidirlər. Yedi-içdi, masanın üzərində qoyub getdi. Bir fincanı suyu altına qoymaq nə problemdir? Qadın quldur? Xeyr! Sizin də evinizdə yəqin qız övladlarınız böyüyür. Onları qul olaraq böyütmürsünüz. Ərlərinə ömür-gün yoldaşlığı etməyi, xeyrdə və şərdə bərabər olmağı öyrətməlisiniz. Ailə biz deməkdir.


Yazırlar ki, qadınlar lüks həyat istəyir. Bəli, qızım var, mən də istəyirəm ki, qızım yaxşı yaşasın. Niyə də yox? Qızların üstünə atmaq lazım deyil. Hər kəs istəyir ki, övladı xoşbəxt olsun. Analar bu gün oğullarına, ay mənim şirinim, sən əl vurma, anan yığışdırar deyir. Belə edirsiniz ki, o uşaqların ailələrində deyirlər ki, həyat yoldaşları tez özündən çıxır. Əlbəttə, çünki yediyini belə yığışdırmağı bacarmır".


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...