İpoteka krediti ilə ev almaq istəyənlərə PİS XƏBƏR - VİDEO

İpoteka krediti ilə ev almaq istəyənlərə PİS XƏBƏR - VİDEO

Azərbaycanda ipoteka portfeli sürətlə böyüyür. Lakin iyulda marta nisbətən bankların ipoteka kreditlərinin həcmində iki dəfə azalma qeydə alınıb. Belə ki, banklar bu ilin martında 68.6 milyon AZN ipoteka krediti yerləşdirmişdisə, bu göstərici iyul ayında 35.9 milyon AZN olub. 

 

Sfera.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, mənzillərin qiymətində kəskin bahalaşma olduğu üçün vətəndaşlar uzun müddətli ipoteka kreditindən imtina edirlər. Bu da öz növbəsində əmlak bazarına təsirsiz ötüşmür.

 

Bu barədə Aztv-yə danışan daşımaz əmlak üzrə ekspert Elnur Fərzliyev bildirib ki, köhnə binlarla müqayisədə yeni tikililərin qiyməti daha yüksəkdir. Və bu qiymət artımı davam edir:

 

“Hazırda köhnə binalarda, xüsusilə də 9 mərtəbəli yaşayış binalarında mərkəzə yaxın ərizlərdə yəni Yasamal, Nəsimi və Nərimanov rayonlarında bir otaqlı mənzillərin satış qiyməti təxminən 100 000 AZN civarında, iki otaqlı mənzillərin 140-150 000 AZN, 3 otsaqlı mənzillərin isə qiyməti 170-200 000 AZN arasında dəyişir. Yeni tikililərdə isə bir otaqlı təmirli mənzil 130 -180 000 AZN, iki otaqlı 150-200 000 AZN aralığındadır və bu artan xətt üzrə gedir.

 

Ekspertlər bildirir ki, Azərbaycanda ipoteka kreditinə maraq yaratmaq üçün ilk növbədə faizlərin azaldılmasına baxılmalıdır. Faizlər azaldıqca ev almaq istəyənlərin müraciətləri arta bilər.

 

Ətraflı videoda:

 


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...