Vəzifəli şəxslər dövlət qurumunun həyətində DALAŞDILAR - FOTO

Vəzifəli şəxslər dövlət qurumunun həyətində DALAŞDILAR - FOTO

Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub.

 

Sfera.az xəbər verir ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib.

 

Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib.

 

E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumatı təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub: “İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...