İlon Mask bu gün Beynəlxalq Astronavtika Konqresində onlayn çıxış edəcək

Cəmiyyət
14:13 / 05.10.2023
5621
“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.
Sfera.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.
Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.