Səlim Müslümovun məhkəməsi yekunlaşır 

Səlim Müslümovun məhkəməsi yekunlaşır 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 



Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin - Maliyyə Nazirliyinin nümayəndəsi iştirak edib. Hakim məhkəmə istintaqının yekunlaşmaq üzrə olduğunu bildirib.



Qeyd edib ki, Səlim Müslümov dəymiş ziyanın 20 milyon manatını, bundan əlavə şirkətlər tərəfindən mənimsənilən 4 milyon 500 min manat məbləği də ödəyib. 



Maliyyə Nazirliyinin nümayəndəsi istintaqın yekunlaşmasına etiraz etmədiklərini bildirib. Səlim Müslümovun vəkili isə digər həmkarının prosesdə iştirak etmədiyini əsas gətirərək iclasın təxirə salınmasını istəyib. 



Məhkəmə prosesinin oktyabrın 18-də davam etdirilməsi qərar alınıb. 



Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur. 

 

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb. 


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...