Elşən Nuruzadənin üçüncü ildönümü məzarı önündə qeyd olundu - FOTO

Elşən Nuruzadənin üçüncü ildönümü məzarı önündə qeyd olundu - FOTO

1 oktyabr 2023-cü il tarixdə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Nuruzadə Elşən Əlisa oğlunun üçüncü ildönümü Göyçay Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.

 

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

 

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Elvin Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

 

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Məmmədov Elvin Mübariz oğlu 26.11.1996-ci il tarixdə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 01 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


OXŞAR XƏBƏRLƏR

Slovakiya Baş nazirinin son vəziyyəti AÇIQLANDI

Slovakiyanın Baş naziri Robert Fikonun vəziyyəti ağırdır.   Sfera.az xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Erik Tomas məlumat v...

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, bu barədə partiyanın sədri - Qubad İ...

Aİ Rusiya mediasına girişi qadağan etməyə razılaşdı

Avropa İttifaqı ölkələrinin səfirləri bir sıra Rusiya KİV-lərinə icma daxilində girişin qadağan edilməsi məsələsində razılığa gəliblər.   Sfera.az xəbə...

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir - Nəsimi rayonunda qalmaqal

Mütəmadi olaraq qalmaqallı xəbərlər və vətəndaşların hüquqlarını pozması ilə gündəmə gələn “Pilot-16” tikinti şirkəti narazılıq yaratmaqda davam edi...

Hərbi kolleclərdə təhsil almaq istəyənlərin diqqətinə - VİDEO

Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul davam edir.   Bu barədə Sfera.az-...

Ərdoğan Ukrayna Ali Radasının sədri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədri Ruslan Stefançuku qəbul edib.   Sfera.az xəbər verir ki, bu...