“SİMA İmza”dan sui-istifadənin qarşısı alınacaq – Yeni funksiya işə salındı

“SİMA İmza”dan sui-istifadənin qarşısı alınacaq – Yeni funksiya işə salındı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA İmza”nın biometrik imzalama funksiyası işə salınıb. Yeni funksiya “SİMA İmza”dan istifadə zamanı imza sahibinin adından başqa bir şəxsin sənəd imzalamasının qarşısını alacaq.


Sfera.az “AzInTelecom”a istinadən xəbər verir ki, biometrik imzalama zamanı mobil telefonun ekranında PİN kod yığıldıqdan sonra təkrar təsdiqləmə üçün biometrik eyniləşdirmə aparılacaq. Eyniləşdirmə zamanı imza edən şəxsin imza sahibinin özü olub-olmadığı xüsusi süni zəka və biometriya texnologiyası dəqiqləşdiriləcək.


Bu zaman şəxsin üz cizgiləri vasitəsilə biometrik eyniliyi və canlılığı yoxlanılacaq. Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanmış olacaq. Bütün bu proses cəmi bir neçə saniyə ərzində baş tutacaq.


“AzInTelecom” MMC bildirir ki, bu yenilik elektron imzalardan sui-istifadə hallarının qarşısının alınması məqsədilə tətbiq olunub. Belə ki, son vaxtlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı (əsasən maliyyə cinayətləri üzrə) vacib sənədlərin imzalanmasında saxtalaşdırma hallarına tez-tez rast gəlindiyi aşkarlanıb. Bununla bağlı bir müddət əvvəl Dövlət Vergi Xidməti də rəsmi açıqlama yayaraq vətəndaşları məlumatlandırıb.


Bənzər situasiyalar elektron imza tətbiq olunan digər sahələrdə (dövlət xidmətləri, bank, sığorta, elektron gömrük və s.) də baş verə bilər. Bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə dövlət qurumları və özəl müəssisələrin “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə etməsi tövsiyə olunur. “SİMA İmza” ilə inteqrasiya edən tərəfdaşlar üztanıma vasitəsilə aparılan təsdiq sayəsində sui-istifadə hallarını aradan qaldıra biləcək.


Vasif


OXŞAR XƏBƏRLƏR

263 illik evdə baş verən paranormal hadisələr ev sahiblərini qorxudur

2023-cü ilin sentyabrında 263 yaşı olan ev alan Kayli adlı Konnektikut sakini (ABŞ) evində baş verən izah olunmayan hadisələrlə bağlı hekayələri ilə internet is...

Türkiyədə xeyli sayda hotel bağlanacaq

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellə...

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözl...

Enrike İqlesiasın sevgilisi iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

20 ildən artıqdır ki, ispan müğənni Enrike İqlesiasla münasibətdə olan 43 yaşlı rusiyalı tennisçi və model, dünyanın keçmiş bir nömrəsi Anna Kurnikova iki ildən...

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...

Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.    Sfera.az xəbər verir ki, əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dün...